Dünən , Batuminin Fridon Xalvaşi prospektində qarşıdurma yaranıb.
InterPress.ge xəbər verir ki, bu barədə AJARATES.GE məlumat yayıb.
Hadisə yerindən olan şahidlərin verdiyi məlumata görə, bir nəfər yaralanıb, xəsarət alanlar da var.
Hadisə yerində patrul polisi və təcili tibbi yardım briqadası səfərbər edilib.
Məlumata görə, qarşıdurmada restoranın qonaqları iştirak edib, onlar arasındakı sözlü münaqişə sonradan fiziki qarşıdurmaya çevrilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Mülki Məcəllənin zorakılıqdan bəhs edən 126-cı maddəsi ilə araşdırmalara başlayıb.
