08 
Iyn
2024
11:02
343

Blinken Yaxın Şərqə səfər edəcək

Entoni Blinken Yaxın Şərqə səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, dövlət katibi gələn həftə Misir, İsrail, İordaniya və Qətərə səfər edəcək və Qəzza zolağında atəşkəs razılaşmasını rəsmilərlə müzakirə edəcək.

“Dövlət katibi təklif olunan atəşkəs rejiminin israillilər və fələstinlilər üçün necə fayda verəcəyini nəzərdən keçirəcək. O, bunun Qəzzada iztirabları yüngülləşdirəcəyini, humanitar yardımın çatdırılmasını artıracağını və fələstinlilərin öz ərazilərinə qayıtmasına imkan verəcəyini vurğulayacaq", - Dövlət Departamentinin bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, bu, Entoni Blinkenin oktyabrın 7-dən sonra regiona səkkizinci səfəri olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər