05 
Iyn
2024
21:49
346

Marneulidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır” adlı tədbir keçirilib

Azərbaycan Evi”nin dəstəyi, “Maarif” təşkilatı və “Maarif” jurnal qəzetinin təşkilatçılığı ilə dilçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır” adlı tədbir və Azərbaycan dilli məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin nominasiyasının təqdimatı olub.

InterPress.ge-nin xəbərinə görə, tədbirdə akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq, dilçi alim M. Çobanovun həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra “Maarif” təşkilatının və “Maarif” jurnal qəzetinin rəhbəri, doktornat Ələddin Qarabağlı çıxış edərək bildirib ki, diliçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş müsabiqədə, Gürcüstanda fəaliyyət göstərən 65 azərbaycandilli məktəblərindən 60-a yaxın şagirdlər iştirak edib. O qeyd edib ki, sevindirici hal ondan ibarətdir ki, müsabiqədə paytaxt Tbilisidən, Kaxeti bölgəsindən, Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri yüksək səviyyədə iştirak ediblər.

Tədbirdə həmçinin çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Gürcüstanın əməkdar müəllimi, Dmanisi rayonunun aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədov, yazıçı Əli Abbas, azərbaycan dili və ədəbiyyat müəllimələri Fatma Əliyeva, Qazax Abdullayev, Abayat Qurbanova, Sevda Şahverdiyeva və Esmira Ələkbərli çıxış edərək diliçi alim M. Çobanovun xatirəsinə həsr olunmuş tədbir və inşa müsabiqəsinin önəmindən söz açıblar. Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilmizin inkişafına yönəlib. 

Sonda müsabiqədə iştirak edən məktəblilər, nominasiyalar üzrə hər biri mükafata, qiymətli hədiyyə və məktəb ləvazimatlarına layiq görülüblər.

 

Bizimlə əlaqə saxlayın