Bu gün, saat 20:00-da “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı etiraz aksiyası keçiriləcək.
InterPress.ge xəbər verir ki, etirazçılar Respublika meydanına toplaşacaqlar.
Eyni zamanda, saat 21:00-da “Avropanın gələcəyi naminə” xeyriyyə konserti keçiriləcək.
Xatırladaq ki, parlament mayın 28-də “Xarici təsirin şəffaflığı” qanun layihəsinə prezidentin veto qoymasını dəf edib. “Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin veto qoyduğu layihə 84 səslə dəstəklənib.
