01 
Iyn
2024
22:39
315

Papuaşvili: “Son dövrlərdə Aİ və ABŞ-ın maliyyələşdirməsi daha çox zorakılıq və terrorla əlaqələndirilir”

“Çox təəssüf ki, son dövrlərdə Aİ və ABŞ-ın maliyyələşdirməsi getdikcə daha çox zorakılıq və terrorla əlaqələndirilir”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Onun qeyd etdiyinə görə, bütün xarici dövlətlərin bu radikalizm hadisələrindən müvafiq nəticələr çıxarması və maliyyələşdirmə siyasətinə yenidən baxması vacibdir.

“Çox təəssüf ki, son dövrlərdə Aİ və ABŞ-ın maliyyələşdirməsi getdikcə daha çox zorakılıq və terrorla əlaqələndirilir. İki il ərzində mən bütün bunları danışırdım və bütün səviyyələrdə Avropa İttifaqı və ABŞ nümayəndələrinə xəbərdarlıq etdim. Təəssüf ki, cavab olaraq yalnız səthi münasibətlə qarşılaşdıq. Bütün xarici dövlətlərin bu radikalizm hadisələrindən müvafiq nəticə çıxarması və maliyyələşdirmə siyasətinə yenidən baxması vacibdir. Onların tərəfdən maliyyələşmənin şəffaflığının təmin edilməsi belə halların qarşısının alınması üçün tədbirlərdən biri olardı”, - deyə parlament sədri yazıb.        

Bizimlə əlaqə saxlayın