Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Nəriman Nərimanovun Xatirə Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rəsm sərgisi və əyləncə tədbiri keçirilib

359
Nəriman Nərimanovun Xatirə Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rəsm sərgisi və əyləncə tədbiri keçirilib
Dinləmək üçün basın

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir keçirilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidəki Nəriman Nərimanovun Xatirə Muzeyində “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Bolnisi Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə paytaxt Tbilisi ilə yanaşı, Marneuli, Bolnisi və digər rayonlardan gəlmiş azərbaycanlı şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə N.Nərimanovun Xatirə Muzeyində məktəblilərin Vətənə, təbiətə, Şuşaya, və Azərbaycan-Gürcüstan dostluğuna aid çəkdikləri rəsmlərindən ibarət sərgiyə baxıblar.

Məktəblilərə böyük ədib, həkim və siyasətçi Nəriman Nərimanovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov bildirib ki, tədbirə Gürcüstanın ucqar rayonlarından azərbaycanlı məktəblilərin dəvət olunması soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Ata-ana, baba-nənə qayğısı ilə böyüyən uşaq bəlkə də dünyanın ən xoşbəxt varlığıdır. Bu gün Azərbaycanda uşaqların sağlam, qayğısız, sabahın layiqli vətəndaşı kimi böyüməsi üçün hər cür şərait yaradılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də uşaqları çox sevirdi, onlara çox böyük diqqət və qayğı göstərirdi. Ulu Öndər yolunun layiqli davamçısı, Prezident İlham Əliyev də uşaqların gələcəyimizin etibarlı varisi kimi böyüməsini həmişə diqqətdə saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Sevindirici haldır ki, dost və qardaş Gürcüstanda da uşaqlara böyük diqqət və qayğı göstərilir.

“Ümumiyyətlə, Azərbaycanda və Gürcüstanda uşaq hüquqlarının yüksək səviyyədə qorunması, uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı bir sıra ölkələr üçün nümunə ola bilər”, – deyə F.Quliyev vurğulayıb.

Tədbirdə uşaqlar şeirlər söyləyib, azərbaycanlı və gürcü müğənnilər, rəqs qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →