Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rustavidə Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

420
Rustavidə Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub
Dinləmək üçün basın

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub.

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub. 

InterPress.ge xəbər verir ki, Mərkəzin direktoru Raida Dərziyeva tədbir iştirakçılarına dünyada bu günün qeyd olunmasının 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alındığını bildirib.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevgi ilə qeyd edildiyi bildirilib, gələcəyimiz olan uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, hərtərəfli qayğı ilə əhatə olunması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindən olduğu vurğulanıb.

Daha sonra uşaqlar Azərbaycanvə gürcü dillərində şeir, mahnı və rəqsləri ifa ediblər. Bayram tədbiri əyləncəli oyunlar və maraqlı anlarla uşaqların yaddaşında qalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →