Gömrükçülər bəyan edilməmiş qızıl və gümüş məmulatlarının ölkəyə gətirilməsinin qarşısını alıblar
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp”, “Tbilisi hava limanı”, “Sadaxlı Avtomobil” və “Kutaisi hava limanı” gömrük keçid məntəqələrində Gürcüstan və əcnəbi vətəndaşların həm fiziki, həm də şəxsi baqajlarına ətraflı baxış nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl (ümumi çəki: 311,35 qram) və gümüş (ümumi çəki: 121,21 qram) qızıl-zinət əşyaları aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 41 090,14 lari təşkil edib.
“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan 4 vətəndaşa sanksiya qismində 41 090,14 lari məbləğində pul cəriməsi təyin edilib. Qaydanı pozan Gürcüstan vətəndaşı C.F-nin iş materialları isə Nazirliyin İstintaq Xidmətinə təhvil verilib.”, - deyə məlumatda deyilir.


