27 
May
2024
17:12
232

Nika Melia: Salome Zurabişvili tarixin həlledici anında ölkənin və xalqın tərəfini tutdu

“Salome Zurabişvili tarixin həlledici məqamında ölkənin və xalqın tərəfini tutdu və həm institusional, həm də şəxsən ölkədə Avropanın gələcəyinin qarantı oldu”

InterPress.ge xəbər verir ki, bu barədə “Axali” partiyasını liderlərindən olan Nika melia sosial şəbəkədə yazıb.

Melia hesab edir ki, prezident hökumətin dəyişdirilməsi və yeni hökumətin formalaşdırılması prosesində həlledici rol oynaya bilər. 

“Bu gün bizim gücümüz keçmişdə və gələcəkdə müxtəlif mövqelərdən olan müxtəlif insanların hədəfi ətrafında birləşməsindədir. 

Məqsəd hər bir gürcünün səsinin eşidiləcəyi və siyasətdə öz əksini tapacağı, təkpartiyalı idarəçiliyin sona çatacağı, çoxpartiyalı parlamentlə mövcud hökuməti məğlub etməkdir. Qərarların siyasi razılıq və konsensusla qəbul edildiyi koalisiya hökuməti olacaq. Bütün bunlarda prezidentin rolu həlledici ola bilər.

Koalisiya danışıqları və prezidentlə koordinasiya nəticəsində hökumət formalaşacaq. 

Təqdim olunan proqram həyata keçirildikdən sonra islahat edilmiş institutlar şəraitində azad parlament seçkiləri hazırlanacaq və keçiriləcək”, - deyə Nika Melia sosial şəbəkədə yazıb 

Bizimlə əlaqə saxlayın