.jpeg)
Kaxa Kaladze: Salome Zurabişvili ölkənin deyil, başqalarının maraqlarını daşıyır
“Salome Zurabişvili ölkənin yox, başqalarının maraqlarını daşıyır, rus qanunu Gürcüstanda qəbul olunmayıb və heç vaxt da olmayacaq. Ölkənin maraqlarını və gələcəyini qoruyan Gürcüstan qanunlarını qəbul edirik”.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Kaladzenin sözlərinə görə, Rusiyanın marağını indi “radikal müxalifət formasında təqdim olunan və ehtiyatsız siyasəti nəticəsində Gürcüstan ərazilərini itirən” siyasi partiya daşıyır.
“Salome Zurabişvili son illərdə açıq şəkildə ölkə üçün lazım olan qərarlarla hərəkət etmir və ölkə üçün vacib olan addımları atmır. Aydın məsələdir ki, o, ölkənin yox, başqalarının maraqlarını daşıyır. Buna görə də insanlar hər kəsə müvafiq cavab verəcəklər.
Gürcüstanda rus qanunları qəbul edilmir və ola da bilməz, heç olmasa biz hakimiyyətdə olduğumuz müddətdə. Rusiya marağını bir zamanlar hakimiyyətdə vaxt keçirənlər və indi radikal müxalifət formasında təmsil olunanlar daşıyırdı. Bu gün müxtəlif partiyalar yaradılıb, müxtəlif adlar verilib. Onların axmaq siyasəti nəticəsində ölkə ərazilərini itirdi. Rusiya işğalçıdır.
Sonra nə oldu? Üzr istəyirəm və bütün bunları “Milli Hərəkat”ın atdığı imzalarla “ört-basdır etdilər”. Həmçinin ölkə üçün vacib olan obyektlər Rusiya şirkətlərinə satılıb. Bu, Rusiyanın marağıdır və biz ölkənin maraqlarını və gələcəyini qoruyan Gürcüstan qanunlarını qəbul edirik”, - deyə Kaladze bildirib.