Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Müstəqillik Günü münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda qeyd olunduğu kimi, İrakli Kobaxidzenin Türkiyəyə son səfəri zamanı Türkiyə ilə Gürcüstan arasında sıx dostluq münasibətlərindən, strateji tərəfdaşlıq səviyyəsində nümunəvi əməkdaşlıqdan danışılıb.
“Hörmətli Baş nazir, xalqım adından və şəxsən öz adımdan qonşumu və dostumu Gürcüstanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin Türkiyəyə son rəsmi səfəriniz zamanı Türkiyə ilə Gürcüstan arasındakı sıx dostluq münasibətlərini, strateji tərəfdaşlıq səviyyəsində nümunəvi əməkdaşlığı ətraflı müzakirə etmək imkanımız oldu. İnanıram ki, xalqlarımız və regionumuz üçün sabitliyə və firavanlığa nail olmaq üçün bu istiqamətdə daha çox irəliləyiş əldə edəcəyik. Fürsətdən istifadə edərək, zati-alinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə sülh və firavanlıq arzulayıram”, - deyə təbrik məktubunda qeyd olunur.


