Marneuli meri fəlakət bölgəsində olub - FOTO
26 may tarixində, səhər saatlarında Marneuli Munisipalitetində təbii fəlakət baş verib.
InterPress.ge xəbər verir ki, güclü yağış nəticəsində Alget, Xram və Debeda çayları daşaraq məcrasından çıxıb.
Marneuli şəhərinin küçələrinin bir hissəsini, həmçinin Munisipalitetin bir neçə kəndini su basıb.
Marneuli Munisipaliteti Özünüidarəetməsinin rəhbərləri, Kvemo Kartli üzrə dövlət nümayəndəsi və Parlamentin üzvü ilə birlikdə fəlakətin baş verdiyi ərazidədirlər və zərərin lokallaşdırılması üçün hökumət administrasiyası ilə birgə fəal çalışırlar. Xüsusi texnika səfərbər olunub, təmizləmə və xilasetmə işləri aparılır.
Təbii fəlakətlə əlaqədar, Munisipalitetin qaynar xətti fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlayıb, dəymiş ziyanla bağlı məlumat verə bilərlər:
🔹️591 976369
🔹️591 975804
Qeyd edək ki, Meriyada “Fəlakət və yanğın nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üzrə mövcud daimi komissiyanın” bazasında, təbii fəlakət nəticəsində dəymiş zərəri yerindəcə öyrənəcək əlavə işçi qrupları yaradılıb.


