26 
May
2024
18:27
1282

Güclü yağış Marneulidə ciddi problemlərə səbəb oldu - helikopterle insanlar evakuasiya edilib (VİDEO)

Marneuli bələdiyyəsinin Kireç Muğanlı kəndində güclü yağışdan sonra Debed çayı daşaraq evləri və obyektləri sular altında qoyub.

InterPress.ge xəbər verir ki, gecə saatlarında başlayan yağış Debed və xram çaylarının daşmasına və fəlakətə səbəb olub.

Belə ki, təbi fəlakət nəticəsində Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində yerləşən hərbi hissə, yaşayış evləri, əkin sahələri, kafe və obyektlər suları altında qalıb.

Gürcüstan sərhəd xidmətinə məxsus olan helikopter və canlı qüvvə ilə sular altında qalmış hərbi hissədən və debed çayı kənarında yerləşən Hotel-Restoran obyektinden insanların evakuasiyası həyata keçirilib.

Xatırladaq ki, gecə saatlarında yağan güclü yağış Marnulinin özündə də fəlakətə səbəb olub. Yağış nəticəsində Marnulidə yerləşən bazar və ətrafındakı yaşayış evləri sular altında qalıb. 

Qeyd edəki, gecədən bəri yağan güclü yağış tək Marneulidə deyil, ölkənin bir sıra rayonlarındada təbii fəlakətə səbəb olub. Təbi fəlakət nəticəsində bır sıra kəntlərdə yaşayış evləri, əkin sahələri sular altında qalaraq ciddi zərər görüb. 

Bizimlə əlaqə saxlayın