25 
May
2024
13:47
151

Blinken Moldova və Çexiyaya səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken mayın 28-31-də Moldova və Çexiyaya səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Kişinyovda dövlət katibi Blinken Moldovanın Aİ-yə üzvlüyü və enerji təhlükəsizliyinə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək üçün Moldova prezidenti Maia Sandu və digər rəsmilərlə görüşəcək”.-ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Praqaya səfəri zamanı Blinken Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşəcək və müdafiənin modernləşdirilməsi, enerji əlaqələrinin dərinləşdirilməsi və Ukraynaya dəstək məsələlərini müzakirə edəcək.

ABŞ dövlət katibi Praqada olarkən Vaşinqton sammitinin prioritetlərinin müzakirə olunacağı NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə də iştirak edəcək.

Bizimlə əlaqə saxlayın