24 
May
2024
23:18
385

Savalan Mirzəyev: Gürcüstanın həqiqi suverenliyi uğrunda mübarizə həlledici mərhələyə qədəm qoydu

“Dəfələrlə millət vəkili kimi Amerikaya getmək imkanım olub, viza problemim olmayıb, amma heç vaxt Amerikanı görmək istəməmişəm. Niyə? Çünki mənim başqa arzularım var, mən başqa yerə səyahət etmək istəyirəm və bu “başqa yer” bizim Abxaziya və Samaçablodur. Bəli, Suxumi küçələrində gəzmək Manhettendə gəzməkdən yaxşıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə “Gürcü arzusu”nun deputatı Savalan Mirzəyev yazıb.

Onun sözlərinə görə, Gürcüstanın real suverenliyi uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub və hakim komanda buna hazırdır. ABŞ-ın mümkün sanksiyalarına gəlincə, Mirzəyev qeyd edir ki, Azadlıq heykəlini görməkdənsə, Bicvinta çimərliyindən Qara dənizi görməyə üstünlük verir, çünki onun üçün Abxaziya və Samaçablo azadlıq diyarıdır.

“Gürcüstanın real müstəqilliyi və suverenliyi uğrunda mübarizə həlledici mərhələyə qədəm qoydu. “Gürcü arzusu” qərar verəndə komandanın hər bir üzvü bilirdi ki, anormal təzyiqlər olacaq, təhdidlər olacaq, aksiyalar olacaq, amma biz buna hazır idik. Komandamızın həmrəy olmasını ondan da görmək olar ki, heç birimiz geri çəkilməmişik, bütün təzyiqlərə tab gətirmişik və bundan sonra da tab gətirəcəyik, baxmayaraq ki...

Amerika Birləşmiş Ştatlarının rəsmiləri bizə və ailə üzvlərimizə Amerikaya getməyi qadağan edərək, bizə qarşı şəxsi sanksiyalar tətbiq edəcəklərini açıq şəkildə bəyan edirlər. Amerikada Ritsa ilə müqayisə oluna biləcək bir yer adlandırın, Abxaziya dənizinin sahilindəki qumdan daha isti və yumşaq bir yer göstərin... Tapa bilməzsiniz, yoxdur.

Mən Gürcüstanda doğulub boya-başa çatan azərbaycanlı, Abxaziyada İlori ziyarətgahını həqiqətən görmək istəyirəm, şəkillərdən və hekayələrdən bilirəm ki, bu, möcüzədir, şəkillərdə görünənlərdən daha böyük möcüzə var.

Sanksiyalar da, təhdidlərə də dözəcəyik. Abxaziya üçün, Samaçablo üçün, Gürcüstan üçün!” - Savalan Mirzəyev yazıb.

 

 

Bizimlə əlaqə saxlayın