Həyat yoldaşını və qaynanasını qətlə yetirən şəxsə hökm oxundu
Rustavidə həyat yoldaşını və qaynanasını öldürməkdə təqsirləndirilən 27 yaşlı Qiorqi Piraşvili barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, məhkəmə prosesi az əvvəl başa çatıb.
Saxlanılan şəxsin istəyinə uyğun olaraq vəkil də həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə razılaşıb.
İş materiallarından aydın olur ki, 27 yaşlı təqsirləndirilən şəxs sistematik şəkildə həyat yoldaşını təhqir edib. Prokurorun sözlərinə görə, qətldən bir müddət əvvəl Qiorqi Piraşvili Mariam Sopromadzeni boğmağa cəhd edib. Onun izahatına görə, təqsirləndirilən şəxsin anasının fiziki zorakılıqdan xəbəri olsa da, bunu gizlədib. Ağır cinayət Rustavinin mərkəzində Dumbadze küçəsində yerləşən meydanda baş verib.
İstintaqın məlumatına görə, saxlanılan şəxs 21 yaşlı həyat yoldaşı və 48 yaşlı qayınanasına ov tüfəngindən atəş açıb. Hər iki qadın yerindəcə dünyasını dəyişib
Saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.