23 
May
2024
19:27
357

Papuaşvili Strasburq Məhkəməsinin Saakaşvilinin şikayəti ilə bağlı çıxardığı qərara belə münasibət bildirdi

“Bu gün təkcə Saakaşvili haqqında deyil, həm də onun rejimi və himayədarları haqqında hökm çıxarılıb. Gürcüstana qarşı on illik böhtan kampaniyası ilə bağlı hökm çıxarılıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Strasburq məhkəməsinin qərarı ilə bağlı bildirib.

Papuaşvilinin sözlərinə görə, bu qərarla nəhayət hamıya aydın oldu ki, Gürcüstan məhkəməsinin qərarları ədalətlidir və heç bir siyasi mühakimə əlaməti yoxdur.

“Bildiyiniz kimi, bu gün Strasburq məhkəməsi Mixail Saakaşvilinin iddiası ilə bağlı qərarını dərc edib və yekdilliklə təsdiqləyib ki, Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi və Valeri Gelaşvilinin döyülməsi işlərində heç bir ədalətsizlik və siyasi motiv yoxdur.

Bu qərarla, nəhayət, hamıya məlum oldu ki, Gürcüstan məhkəməsinin qərarları ədalətlidir və heç bir siyasi mühakimə əlaməti yoxdur, lakin 10 ildir məhkəməmizin daxili və xarici bədxahları tərəfindən daim ittiham olunur.

10 ildir davamlı olaraq eşidirik ki, məhkəmədə klan var, məhkəmə qərəzlidir, mühakimə siyasidir. Bu böhtanı radikal müxalifətimiz, onların müttəfiqi olan QHT-ləri və onlara nəzarət edən, bəzi hallarda gizli və qanunsuz olaraq bu partiyaları, QHT-ləri maliyyələşdirən xarici güclər yayırlar”.

 

Bizimlə əlaqə saxlayın