23 
May
2024
10:42
150

Entoni Blinken: Təəssüf ki, “Xarici agentlər” qanunu birbaşa Moskva kitabından köçürülüb

"Təəssüf ki, bu qanun birbaşa Moskva kitabından köçürülüb”.

InterPress.ge xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı deyib.

Blinken, ABŞ-ın cavab olaraq nə edə biləcəyi üzərində çox çalışdığını və mütləq hərəkətə keçəcəklərini bildirib.

Onun sözlərinə görə, bu qanunun qəbulunun nəticələri olacaq.

Xüsusilə, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dövlət katibi Entoni Blinkenin çıxışı dinlənilir.

Amerikanın xarici siyasətindən danışan konqresmen Bill Kitinq dövlət katibindən Gürcüstanda baş verən hadisələri şərh etməyi və Amerika Birləşmiş Ştatlarının  Gürcüstanda “xarici agentlər” qanunu ilə bağlı yaranmış vəziyyət haqqında nələr etdiyi barədə danışmasını xahiş edib.

“Biz [Gürcüstanda] qəbul edilmiş “Xarici agentlər haqqında qanun”dan çox narahatıq. Düşünürəm ki, təəssüf ki, bu, birbaşa Moskva kitabından kopyalanıb. Bu, gürcü xalqının əksəriyyətinin Avropa İttifaqına və Avropaya inteqrasiyaya doğru irəliləmək istəyi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Biz buna cavab olaraq nə edə biləcəyimiz üzərində çox işləyirik və mütləq hərəkətə keçəcəyik. Avropa İttifaqı da bu qanunun Gürcüstanın üzvlük prosesinə təsirini nəzərdən keçirir. Deməli, mən deyərdim ki, bu qanunun qəbulu öz nəticələrini verəcək”, - deyə ABŞ dövlət katibi bildirib.

Bizimlə əlaqə saxlayın