22 
May
2024
20:58
540

Fransa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi

Fransa Parlamentinin Avropa Şurası Komitəsi Gürcüstanla bağlı rus qanunundan və Gürcüstan hökumətinin anti-Avropa siyasətindən bəhs edən 8 səhifəlik qətnaməni təsdiqləyib.

InterPress.ge xəbər verir ki, qətnamədə Bidzina İvanişvili ölkənin yeganə oliqarxı kimi qeyd olunur və bildirilir ki, rus qanunu qüvvəyə minərsə, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlanılmamalıdır:

“Rusiya qanunvericiliyindən ilhamlanan bu qanun layihəsi Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına mane olmaq istəyən “Gürcü arzusu” hökumətinin yoldan çıxmaq simvoluna çevrilib. O, Aİ-nin üzvlük danışıqlarının başlaması müqabilində tələb etdiyi şərtlərə ziddir. 

Bundan əlavə, “Gürcü arzusu”nun yaradıcısı və ölkədə yeganə oliqarx olan cənab Bidzina İvanişvili hakim partiyanın fəxri sədri oldu. Ona görə də bugünkü siyasi böhranda həlledici rol oynayır.

Hakimiyyətin avtoritar və qeyri-liberal hərəkətləri gürcü xalqının istəklərini şübhə altına almamalıdır. Biz tərəfdaşlarımızla birlikdə onlara dəstək verməliyik...

Biz birmənalı olaraq Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanunun vətəndaş cəmiyyətinin və müstəqil KİV-in fəaliyyətini şübhə altına aldığını nəzərə alaraq, geri götürməyə çağırırıq.

Hesab edirik ki, bu qanun qüvvəyə minərsə, Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar açılmamalıdır”, - Fransa parlamentinin qətnaməsində deyilir. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər