Rustavidə baş vermiş qətlin təfərrüatları məlum olub
Rustavidəki qətlin təfərrüatları məlum olub
InterPress.ge xəbər verir ki, Meriyanın təmizlik işçisi olan qadının sözlərinə görə, meydanda 5 dəfə atəş səsi eşidilib.
Onun sözlərinə görə, hadisə yerinə gələndə biri orta yaşlı qadın, digəri isə nisbətən gənc qadın olmaqla iki nəfərin meyitini görüb.
O, hadisə yerində azyaşlı uşaq olduğunu bildirib.
İddia edilən gülləni atan şəxsə gəlincə, hadisə şahidinin sözlərinə görə, o, 30 yaşlarında olub və polis onu yerindəcə saxlayıb.
“Beş dəfə atış səsi eşitdim, əvvəlcə iki, sonra daha iki və nəhayət bir atış. Qızlar qorxa-qorxa qaçırdılar, o qədər qorxmuşdular ki, mənə heç nə deyə bilmədilər, sonra özümüz oraya getdik.Orada iki nəfərin öldüyünü gördük. Burada isə aşmış uşaq arabası, içində balaca uşaq var idi, yəqin ki, 1 yaşlarında olardı. O uşağı götürdüm meydana doğru getdim, polisə onu aparacağımı bildirdim. Sonra həkimlər uşağı götürdülər. Güllə atan şəxs hadisəni törətdikdən sonra qaçmayıb , onu yerindəcə saxlayıblar. O, polis gələnə qədər hadisə yerində olub. Mən görmədim, amma dedilər ki, əlində silahı var idi”, - hadisə şahidi bildirib.