22 
May
2024
13:41
1537

Arvadı ilə qayınanasını qətlə yetirdi

Kişi arvadını və qayınanasını odlu silahla qətlə yetirib.

InterPress.ge xəbər verir ki, hadisə Rustavidə Dumbadze küçəsində baş verib.

Qətli törədən şəxs yerindəcə yaxalanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım brigadası cəlb olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın