Kaxa Kaladze sanksiyalar haqqında: Bu, şantaj və təhdid dilidir
"Bu, sadəcə olaraq, şantaj və təhdid dilidir"
InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Politico” nəşrinin verdiyi məlumata bu cür münasibət bildirib.
Kaladzenin sözlərinə görə, heç kim sanksiyaların tətbiq edilməsindən qorxmur, baxmayaraq ki, bu düzgün münasibət deyil.
"Bu addımın atılacağını düşünmürəm, çünki onlar partnyorlarla, dostlarla belə danışmırlar, bu, düzgün münasibət deyil. Həqiqətən də dostluq, tərəfdaşlıq istəyiriksə, qapı açıqdır, heçkəs məhdud deyil. Bu istiqamətdə ancaq təsirli addımlar atılmalıdır və biz bunu ancaq alqışlayarıq. Bir daha deyirəm, heç kim bu sanksiyalardan qorxmur və bu baxımdan problem olmayacaq, halbuki hakimiyyət nümayəndələrinin nəyə görə sanksiyaya məruz qalması ağlasığmazdır? Çünki sizin ölkənizdə ölkənizin əhalisinin əksəriyyəti tərəfindən seçilən parlamentin əksər nümayəndələri öz ölkələrində qanun qəbul edirlər ki, bu da onların bilavasitə borcudur. Buna görə sanksiya tətbiq edilirmi?
Düşünürəm ki, bütün bunlar inanılmazdır. Ancaq, bu gün dünyada elə ədalətsizlik baş verir ki, bu təəccüblü olmayacaq”,- deyə Kaladze bildirib.


