21 
May
2024
14:47
1209

Azər Süleymanov siyasətə geri qayıda bilər - Keçmiş millət vəkilindən AÇIQLAMA

Son zamanlar ictimaiyyətdə yayılan məlumatlara görə, sabiq millət vəkili Azər Suleymanov yenidən siyasətə qayıdaraq seçkilərdə hakim partiya tərəfindən siyahıda yer ala bilər.

InterPress.ge əməkdaşları Azər Süleymanovla əlaqə saxlayaraq məsələ ilə bağlı sabiq deputatın fikirlərini öyrəniblər. Sabiq deputat ictimaiyyətə onun siyasətə qayıdaraq hakim partiya tərəfindən siyahıda yer alacağı ilə bağlı məsələyə aydınlıq gətirərək yayılan məlumatların doğru olmadığını və hazırda öz biznesi ilə məşğul olduğunu bildirib.

“İctimaiyyətə nələrsə danışıla bilər, ancaq mənim hazırki mərhələdə öz biznesim var və vaxtımı biznesimə ayıraraq öz işlərim ilə məşğulam. Siyasətlə məşğul olmağı düşünmürəm, yolu gənclər üçün açaraq işi onlara buraxmışam.”- Azər Süleymanov bildirib.

Gələcəkdə yenidən siyasətə qayıtmağı ilə bağlı suala isə, A.Süleymanov o qədər də yaşlanmadığını deyərək irəlidə hərşey ola biləcəyini bildirib.

“Mən o qədər də yaşlanmamışam, hazırda 57 yaşım var. Gələcəkdə nə baş verəcəyini bilmirik, ona görə də heç vaxt, heç vaxt demirəm, çünki gələcəkdə hərşey ola bilər. Ancaq onu bildirmək istəyirəm ki, seçkilərdə “Vahid Milli Hərəkat” partiyasına qarşı olacağam, çünki onlar mənə və dostlarıma qarşı çox haqsızlıqlar ediblər”.- deyə Azər Süleymanov deyib.

Qeyd edək ki, keçmiş millət vəkili Azər Süleymanov 1996–1999-cu illərdə Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1999–2003-cü illərdə majoritar yolla seçilərək millət vəkili olub. 2003–2008-ci illərdə Kvemo-Kartli qubernatorunun müavini kimi çalışıb. 2008–2020-ci illərdə isə yenidən millət vəkili olaraq fəaliyyət göstərib. A. Süleymanov 2021-ci ildə “Vahid Milli Hərəkat” partiyasını tərk edib.

 

Bizimlə əlaqə saxlayın