InterPress.ge yerli mediaya istinadən xəbər verir ki, sözü gedən qəza zamanı avtomobildə Batumidəki dövlət məktəblərindən birinin 12-ci sinif şagirdləri olub.
Şahidlərin verdiyi məlumata görə, şagirdlər avtomobili sürətlə idarə edib və qarşı tərəfdən hərəkətdə olan avtomobillə toqquşaraq yoldan çıxıblar.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

