Dmanisidə Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi keçirilib
Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyevin ömür yolu” adlı inşa müsabiqəsi keçirilib.
InterPress.ge xəbər verir ki, müsabiqə Dmanisi Tədris Mərkəzində bqş tutub.
Qeyd edək ki, münsiflər heyətini Mərkəzin müəllimləri Vasif Həsənov, Azərbaycan dili müəlliməsi Nigar Seyidova və Elza Suleymanova təmsil ediblər.
40 nəfərədək şagirdin qatıldığı inşa musabiqəsinin qalibi münsiflər heyəti tərəfində Dmanisi Tədris Mərkəzinin aktiv üzvü, 7 sinif şagirdi Umayra Həsənova elan edilib.
Azərbaycan dili müəlliməsi Nigar Seyidova bildirib ki, Azərbaycanın bu gün şərəfli anlar, tarixi günlər yaşamasının səbəbi minillərlə ürəyində bəslədiyi müstəqil dövlət qurmaq arzusunun reallaşması və bu dövləti, bu reallığı günümüz faktına çevirən, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev kimi Ümummilli Liderinin olması ilə fəxr edirik.
Münsiflər heyəti tərəfindən inşada Heydər Əliyevin mənalı həyat yolunun dolğun və bütövlükdə mövzunu əhatə edildiyi qeyd edilmişdir.
Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açıb və qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında zamanın çətin sınaqlarından şərəflə çıxıb.
“Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur”, - Kamran Xıdırov qeyd edib.
O, ulu öndər Heydər Əliyevin siyasi xəttini, inkişaf yolunu qətiyyətlə irəli aparan, uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin daha möhkəmlənməsində apardığı rolunu xüsusilə vurğulayıb.
Sonda qalib Umayra Həsənovaya xatirə hədiyyələri təqdim olunub.