17 
May
2024
22:59
686

Çin Gürcüstanda avtomobil bazarı açmağı planlaşdırır

Çin Gürcüstanda Çin avtomobilləri bazarı açmağı planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Çin Respublikasının Gürcüstandakı səfiri Çou Tsienin deyib.

Onun sözlərinə görə, yəqin ki, bazar Kutaisidə açılacaq.

"Çin şirkətlərinin bir çoxu Gürcüstana investisiya qoymaqda maraqlıdır. Çindən gətirilən avtomobillər üçün Gürcüstanda avtomobil bazarının təşkili planlaşdırılır. Bu bazar Kutaisidə də yerləşə bilər. Çinin müxtəlif şirkətlərinin Gürcüstan ilə bağlı daha çox investisiyaları və planları var.

Düşünürəm ki, bu bazar tezliklə olacaq. Hələlik dəqiq tarixi bilmirik, bu il olmalıdır", - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın