Levan Davitaşvili: Gürcüstanla Türkiyə arasında münasibətlər çox intensivdir
“Türkiyədə bu gün biz enerji sahəsində əməkdaşlıq memorandumu imzaladıq. Enerji çox uğurlu əməkdaşlığımız olan sahələrdən biridir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, baş nazirin müavini Levan Davitaşvili açıqlama verib.
Levan Davitaşvilinin qeyd etdiyinə görə, Türkiyə Gürcüstanın ən mühüm və ən böyük ticarət tərəfdaşıdır.
“Ölkələrimiz arasında iqtisadi əlaqələr çox intensivdir, onlar bir çox istiqamətləri əhatə edir, ona görə də biz ticarət əlaqələrinin dərinləşdirilməsi, o cümlədən investisiyalar, nəqliyyatın istiqamətləri, enerji və s. mövzularına toxunduq. Bu gün enerji sahəsində əməkdaşlıq memorandumu imzaladıq. Enerji çox uğurlu əməkdaşlığımız olan sahələrdən biridir. Biz qonşu ölkələrik və bu gün Gürcüstandan Türkiyəyə davamlı olaraq elektrik enerjisi ixrac olunur və Türkiyədən də enerji sektoruna investisiyalarımız var. Söhbət bu əməkdaşlığı daha da sıxlaşdırmaqdan, imkanları artırmaqdan, o cümlədən ötürücü infrastruktura sərmayə qoymaqdan gedir ki, bu da bu istiqamətdə daha da iqtisadi əlaqələrə malik olmağa imkan verəcək. Biz, həmçinin ölkənin malik olduğu ən mühüm strateji nəqliyyat layihələri və çox mühüm təşəbbüslər və Türkiyənin bunlarda mümkün iştirakı barədə danışdıq”, - deyə Levan Davitaşvili bildirib.


