16 
May
2024
19:59
375

Rəcəb Tayyib Ərdoğan: Gürcüstanda baş verənlərin gürcü xalqının mənafeyinə uyğun həll olunacağına inanırıq

“Türkiyədə biz inanırıq ki, Gürcüstanda baş verən hadisələr gürcü xalqının mənafeyinə uyğun həllini tapacaq”.

InterPress.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bu sözləri Türkiyə prezidenti Ankarada Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.

 “Hörmətli baş nazir, Gürcüstanda baş verən hadisələrlə bağlı fikirlərinizi bildirdiyiniz üçün çox sevindim. Türkiyədə bu hadisələrin gürcü xalqının mənafeyinə uyğun həll olunacağına inanırıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər