Kaxa Kaladze: Biz müstəmləkə deyilik, müstəqil suveren dövlətik
"Biz koloniya deyilik. Biz müstəqil suveren dövlətik, onun uğrunda əcdadlarımızın vuruşduğu, qan tökdüyü dövlətik”
InterPress.ge xəbər verir ki, bunu Tbilisinin meri Kaxa Kaladze ABŞ-la tərəfdaşlıq məsələsini şərh edərkən bildirib.
Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstan etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib, baxmayaraq ki, bu əlaqələr qarşılıqlı olmalıdır.
“İndi biz nə istəyirik, kiminsə qulu olaq? - Yox, biz ləyaqətli insanlarıq, ölkəmizi sevirik, fəxr edirik ki, burada doğulmuşuq, burada böyümüşük. Avropaya başım dik gedirəm. Niyə kimsə məni təpikləməlidir?
Mənim ölkəmdə əhalinin seçdiyi parlament qanun qəbul edir və bizə deyirlər ki, onu qəbul etsəniz, sizə sanksiya veriləcək. Əgər səhv bir iş görürüksə, bunun səbəbini bizə bildirmək lazımdır. Əgər bu Fransa üçün məqbuldursa, niyə biz də bunu edə bilmərik?”- Kaladze deyib.


