14 
May
2024
23:35
410

“Mən bu seçkilərdə Avropayönlü cəbhənin lideri olacağam”

“Mən bu seçkilərdə Avropayönlü cəbhənin lideri olacağam”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində bildirib.

O, rus qanununun üçüncü oxunuşda qəbul edilməsinə cavab verib və bunun ölkəni Avropa yolundan ayırdığını deyib.

"Gürcüstanın əhalisi artıq bir çox sınaqlardan keçib və çoxlu müqavimət göstərib. Bu, çox dinc nümayişdir. Seçkilər olacaq və mən bu seçkilərdə bir növ Avropayönlü cəbhənin lideri olacağam. Bu, bir növ referendum xarakteri daşıyacaq. Mən bunu birbaşa seçkilərdə iştirak etməklə yox, siyasi partiyalar və vətəndaş cəmiyyəti üçün qərbyönlü, Avropayönlü cəbhənin təminatçısı kimi edəcəm. Çox önəmlidir ki, bizim çox yetkin vətəndaş cəmiyyətimiz, çox yetkin gənclərimiz var ki, üçüncü həftədir ki, bir pəncərəni sındırmadan, maşın yandırmadan nümayişlər keçirirlər. Bu, Gürcüstan əhalisinin nə qədər yetkin olması və Avropa yolunu saxlamaqda nə dərəcədə qətiyyətli olması ilə bağlı çox şey söyləyəcək.

Bu, Gürcüstan üçün kritik [an]dır, çünki bilirsiniz ki, Gürcüstan ötən ilin dekabrında namizəd statusu alıb və ilin sonuna qədər üzvlüklə bağlı danışıqlara başlamaq yolunda idi. Bu, orta nöqtədir, çünki rus qanununu yenidən tətbiq etmək üçün yeni təzyiqlər var. Bu, rus qanunundan başqa bir şey deyil. Bundan əlavə, başqa qanunlar da təqdim olunur ki, bu da çox narahatlıq doğurur, çünki onlar bizi Avropa Komissiyasının tövsiyələrindən və ümumilikdə Avropa yolundan uzaqlaşdırır”, - prezident bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər