14 
May
2024
21:13
251

“İndiki mərhələdə ona [İvanişviliyə] qarşı heç bir sanksiya yoxdur... belə bir nüfuzlu şəxsin yanlış məlumatlandırılması təəssüf doğurur” - Cim O'Brayen

"İndiki mərhələdə ona (İvanişviliyə) qarşı heç bir sanksiya yoxdur... belə bir nüfuzlu şəxsin yanlış məlumatlandırılması təəssüf doğurur". 

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisidəki rəsmi görüşlərdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Cim O'Brayen deyib.

"Biz bura gəlməmişdən əvvəl cənab İvanişvili ilə görüşmək istəyimizi bildirdik və cavab belə oldu ki, İvanişvili faktiki sanksiyalar altındadır. İndiki mərhələdə ona qarşı heç bir sanksiya yoxdur. Belə bir nüfuzlu şəxsin yanlış məlumatlandırılması faktı həqiqətən heyrətamiz və kədərlidir. Səbəb isə budursa, ölkənin tərəfdaşı ilə görüşdən imtina etmək şəxsi maraqları ölkənin öhdəliyindən üstün tutmaq deməkdir. Ona görə deyirəm ki, qanunla bağlı müzakirələr, söhbətlər ancaq bir istiqamətdədir” 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər