14 
May
2024
10:46
319

Cim O'Brayen Gürcüstandadır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen Gürcüstandadır.

InterPress.ge xəbər verir ki,səfər çərçivəsində o, Gürcüstan hökumətinin baş naziri İrakli Kobaxidze ilə görüşəcək.

Məlumata görə,həmçinin müxalifət partiyaları və qeyri-hökumət sektoru ilə də dinləmələr keçiriləcək.

Seminarlardan sonra Cim O'Brayen media nümayəndələrinin suallarını da cavablandıracaq.

Qeyd edək ki, Cim O`Brayen “Gürcü arzusu”nun fəxri sədri ilə görüşmək istəyib, lakin məlum olduğu kimi, Bidzina İvanişvili bundan imtina edib.
 

Bizimlə əlaqə saxlayın