14 
May
2024
10:28
513

Azadlıq meydanına xüsusi təyinatlılar və su reaktiv maşınları səfərbər olunub

Azadlıq meydanına xüsusi təyinatlılar və su reaktiv maşınları səfərbər olunub.

InterPress.ge xəbər verir ki,eyni zamanda, Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı aksiya keçirilməsi planlaşdırılıb.

Tbilisinin müxtəlif universitetlərinin tələbələri qanunverici orqana yürüş edəcək.

Məlumat üçün bildirək ki, “Gürcü arzusu”nun əksəriyyəti bugünkü plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılaraq səsvermə yolu ilə təsdiqlənməsini planlaşdırır. Üçüncü dinləmə yalnız texniki-redaktor məzmuna baxır. Bununla da qanun layihəsinə parlamentdə baxılması prosesi başa çatacaq və layihə imzalanmaq üçün prezidentə təhvil veriləcək.

Salome Zurabişvilinin veto qoymağı planlaşdırdığı məlumdur.

Bizimlə əlaqə saxlayın