13 
May
2024
21:10
359

İrakli Kobaxidze: Noyabrda qalib gələ və bu qanunu ləğv edə bilərlər

“Veto prosedurunu gözləyəcəyik, mayın 14-dən 28-dək bizə istənilən hüquqi şərhi verə bilərlər, müzakirələr üçün hazırıq”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib 

Baş nazirin sözlərinə görə, müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və ona görə də bu qanunun icrasının təxirə salınmasını tələb edirlər.

“Qazanın və ləğv edin. Artıq noyabrda bu qanunu ləğv edə bilərlər. Özləri də bilirlər ki, xalqın dəstəyi “Gürcü arzusu”nun tərəfindədir. Xalq bu qanunu dəstəkləyir. Ona görə də onların bu seçkilərdə qalib gələ biləcəklərinə ümidləri yoxdur və bu qanunun icrasının təxirə salınmasını tələb edirlər.

Onların bu qanunla bağlı obyektiv arqumentləri də yoxdur, bu qanunda yeganə şey NGO-lar ildə bir dəfə bəyannamə verməlidir, başqa heç nə yazılmayıb, qalanları texniki normalardır. Ümumilikdə altı səhifə var, bunlar arasında bu, əsas tənzimləmədir, qalanı bütün bunların texniki doldurulmasıdır. Bu qanunda başqa heç nə yoxdursa, sizin şəffaflığa qarşı necə arqumentiniz ola bilər? Biz veto prosedurunu mayın 14-dən 28-dək gözləyəcəyik, onlar bizə istənilən hüquqi şərhləri, iradları verə bilərlər və biz müzakirəyə hazırıq, qalanına baxacağıq”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər