İrakli Kobaxidze: Sanksiyalar ciddi mövzu deyil və bu cür təhdidlərlə hakimiyyəti və xüsusən də Gürcüstan cəmiyyətini şantaj etmək mümkün deyil
“Sanksiyalar ciddi mövzu deyil, hakimiyyəti və xüsusən də gürcü cəmiyyətini bu cür hədələrlə şantaj etmək mümkün deyil”
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə jurnalistin sualını cavablandırarkən deyib.
Hökumət başçısının sözlərinə görə, sanksiyalardan danışmaq tamamilə qeyri-ciddidir.
“Gürcüstan cəmiyyəti son 30 ildə o qədər nailiyyətlər əldə edib ki, onu şantaj etmək qətiyyən mümkün deyil. Hakimiyyətə gəlincə, bizim partiyamızın fəxri sədri, partiyanın qurucusu cənab Bidzina İvanişvili Qərbə 2 milyard dollar əmanət edib və bu 2 milyard dolları de-fakto sanksiyalar ilə dondurublar, lakin təbii ki, bu de-fakto sanksiya onun qərarlarına təsir etmədi. Söhbət ölkənin və dövlətin maraqlarından gedirsə, heç bir şantaj, heç bir təhlükə bizi geriyə döndərə bilməz. Gürcüstanın tarixini bilirsiniz. Bu ölkədə 3 min ildir ki, insanlar ölkənin müstəqilliyi, suverenliyi üçün özlərini qurban veriblər və kimsə şantaj yolu ilə sizin qərarınıza təsir etmək istəyəndə təbii ki, bunun heç bir təsiri olmayacaq. Düşünürəm ki, onlar gürcüləri tanımırlar və gürcülərin təbiəti uzaqdan fərqli görünə bilər”, - deyə baş nazir bildirib.


