10 
May
2024
13:57
388

Heydər Əliyevin xatirəsi Rustavidə yad edilib- FOTO

May ayının 8-də Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. 

InterPress.ge məlumat verir ki, bir dəqiqəlik xatirə sükutundan sonra mərkəzin rəhbəri Raidə Dərziyeva iştirakçıları salamlamış, ulu öndərin həyat və fəaliyyəti barədə dolğun məlumat verib.

Daha sonra Rustavi şəhər 18 saylı ictimai məktəbin azərbaycan dili müəllimi Nurlana Məmmədova “Heydər Əliyev və dünya azərbaycançılığı” adlı məruzə ilə çıxış edib, onun çağdaş milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolundan danışıb.

Şair, ictimai xadim Rafiq Hümmət, gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Heydər Əliyevin Gürcüstan və bu ölkədə yaşayan soydaşlarımızın taleyindəki mühüm rolunu xüsusi vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda zamanında izlədiyi uzaqgörən siyasəti qeyd ediblər. 

Tədbirin sonunda mərkəzdə təhsil alan bir çox şagird Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

May ayının 10-da isə mərkəzin üzvləri, şagirdlər və valideynlər Rustavi şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.


 


 

Bizimlə əlaqə saxlayın