DJ Qiorqi Şenqelia dünən gecə hücuma məruz qalıb
Ötən gecə Rus qanunu əleyhinə aksiyaların fəal iştirakçısı olan daha bir şəxsə hücum edilib.
InterPress.ge xəbər verir ki, DJ Qiorqi Şenqelia klubdan ayrıldıqdan sonra küçədə qarşılanan və fiziki təzyiqə məruz qalan maskalı tituşkaların hədəfinə çevrilib:
"Baş verənlərlə bağlı çoxlu mesajlar alıram. Sizə sadə və qısa şəkildə deyim ki, dünən postumu hardasa yerləşdirdikdən təxminən 1 saat sonra , işimk bitirdim. Bu hadisə çöldə baş verdi. Ehtiyatlı olun, xüsusən də gecə saatlarında çölə çıxmağı planlaşdırırsınızsa. Tək qalmamağa çalışın”- Şengelia sosial şəbəkədə yazır.
Xatırladaq ki, ötən gecə Ukrayna Millətçi Partiyasının üzvü Dimitri Çikovaniyə, eləcə də anti-Rusiya aksiyalarının iştirakçısı və ikitəkərli yürüşün təşkilatçılarından biri Laşa Qvinianidzeyə hücum edərək döyüblər. Onlar diplomat Gia Caparidze ilə evində döyülüb.
Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, bütün faktlarla bağlı araşdırmalara başlanılıb.


