Bu gün, mayın 7-də Tbilisidə "Rus qanununa" qarşı növbəti etiraz aksiyası keçiriləcək.
InterPress.ge xəbər verir ki, etirazçılar saat 19:00-dan parlament binasının qarşısına toplaşacaqlar.
Qeyd edək ki, bu gün Telavidə də "Rus qanunu"na qarşı aksiya keçiriləcək - vətəndaşlar saat 19:00-da II Ereklenin abidəsi önünə toplaşmağa başlayacaqlar.
“Dəyişkən hava şəraiti ilə əlaqədar sizi leysan yağışları qarşılayacaq. Avropa və Rusiya arasında düzgün seçim edən hər kəsi gözləyirik. Gürcüstan qalib gələcək! Gürcü xalqı qalib gələcək!” – aksiyanın təşkilatçılarından biri yazıb.
.jpeg)