05 
May
2024
16:22
408

Hacı Hacıyev Pasxa bayramı münasibətilə gürcü xalqını təbrik edib

İmam Əli Əleyhissalam Məscidinin axundu, imam cümə Hacı Hacıyev Pasxa bayramı münasibətilə gürcü xalqını təbrik edib.

InterPress.ge xəbər verir ki, Hacı Hacıyev həmçinin bu gün münasibətilə Gürcüstanın katolikos patriarxı II İlyaya təbrik ünvanlayıb.

"Bildiyiniz kimi bu günlərdə xristian aləmində Pasxa bayramı qeyd olunur. Gürcüstanın əsas dini olan xristianlıq həmişə dövlətçilikdə müstəsna rol oynayıb. Mən Marneuli mərkəzi İmam Əli Əleyhissalam Məscidinin axundu və imam cüməsi olaraq özümə mənəvi borc bildim ki, bu əziz bayram münasibətilə ölkəmizdə yaşayan xristian din icmasının rəhbəri cənab ikinci İlyanı və bütün gürcü xalqını səmimi qəlbdən təbrik edim. Uca Yaradandan dünyamıza və xüsusi ilə də öz gözəlliyi ilə seçilən ölkəmizə sülh və əmin-amanlıq diləyirəm. Biz müsəlman icması olaraq ölkəmizin siyasi və iqtisadi inkişafı üçün həmişə əlimizdən gələni etmişik və etməyə də davam edirik"-deyə Hacı Hacıyev bildirib.

Bizimlə əlaqə saxlayın