InterPress.ge xəbər verir ki, Teklat kəndi ilə üzbəüz gedən avtomobil mikroavtobusla toqquşub.
Toqquşma nəticəsində mikroavtobus aşıb, 5 nəfər xəsarət alıb.
Yaralılar Arximed klinikasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə, müvafiq xidmətlər yerindəcə səfərbər olunub.
