Aksiya iştirakçıları sağ sahildə “Gürcü Arzusu” ofisinin yanında yolu bağlayıblar
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” ofisinin yaxınlığında görünməmiş sayda asayiş keşikçisi səfərbər olunub.
Onlar aksiya iştirakçılarına ofisə yaxınlaşmağa imkan vermirlər.
Xatırladırıq ki, iştirakçılar Rustaveli prospekti və “Paraqraf”dan “Gürcü Arzusu” ofisinə doğru yürüş ediblər.
