Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə ölkədə baş verən hadisələrlə bağlı telefon danışığı aparıb.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Salome Zurabişvili vurğulayıb ki, heç kim Gürcüstanı Avropa yolundan döndərə bilməz ki, bu da Avropa üçün heç də az əhəmiyyət kəsb etmir.
"Avropa Şurasının prezidenti ilə uzun telefon danışığı zamanı Gürcüstan prezidenti ölkədəki prosesləri, Gürcüstanın Avropaya inteqrasiyası və ona mane olan amilləri, məsələn, çoxluq tərəfindən yenidən gündəmə gətirilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini, bu qanun layihəsinə görə iki həftədir davamlı ictimai etirazı, Gürcüstanın tərəfdaşlarının Avropaya inteqrasiya yolunda dəstəyinin vacibliyini vurğulayıb”, - deyə bildirilib.


