03 
May
2024
19:21
504

Prezident ofşor qanununa veto qoydu

Prezident Salome Zurabişvili ofşor qanuna veto qoyub və “Vergi Məcəlləsi”nə edilən dəyişiklikləri əsaslı ifadələrlə parlamentə qaytarıb.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Adminstrasiyası məlumat yayıb.

Əgər indi “Gürcü Arzusu” vetonun öhdəsindən gələrsə, sənəd parlamentin sədri Şalva Papuaşvilinin imzası ilə qüvvəyə minəcək.

Xatırladırıq ki, “Gürcü Arzusu” aprelin 19-da ofşor qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, İvanişvilinin ofşorda gizlədilən əmlakını Gürcüstana vergisiz gətirməyə icazə verilir. Həmçinin, bu qanun layihəsi ilə Gürcüstan sanksiyaya məruz qalan rus iş adamları üçün qara pulların gizlədilməsi üçün yeni mərkəzə çevrilə bilər.

Təşəbbüsə görə, əgər şəxs ofşordakı aktivlərini Gürcüstana köçürərsə, o, növbəti 4 il ərzində bütün vergilərdən azad olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər