Kaxa Kaladze:”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
“Şəffaflıq” qanun layihəsi sırf gürcü qanunudur və mən “Rus qanununa yox” şüarına qoşuluram. Təbii ki, Gürcüstanda Rusiya qanunları heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək.
InterPrese.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze Gürcüstan Futbol Federasiyası üzvlərinin hökumətə çağırışından danışarkən deyib.
Onun sözlərinə görə, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın maraqlarını qoruyan sırf gürcü qanunudur.
“Bir daha təkrar edirəm, “Rus qanununa yox ” ilə razıyam, təbii ki, Gürcüstanda Rusiya qanunları heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək. Sözügedən şəffaflıq haqqında qanun layihəsi ölkəmizin maraqlarını qoruyan sırf gürcü qanunudur və təbii ki, sözügedən qanun layihəsi də qəbul olunacaq”, - Kaladze bildirib.


