02 
May
2024
00:30
340

Nazir müavini aksiya iştirakçılarına xəbərdarlıq edir

"Dinc formada etiraz bildirin. Əks halda polis aksiyanı dayandırmağa məcbur olacaq”.

InterPress.ge xəbər verir ki, daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze aksiya iştirakçılarına müraciət edib.

"Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasının daxili ərazisindədir və binanı icazəsiz girişdən qorumağa çalışırlar. Çoxsaylı müraciətlərə baxmayaraq, aksiya iştirakçıları hazırda hər iki sahili bağlayıb və nəqliyyatın hərəkətini süni şəkildə iflic ediblər. Gürcüstanın "Toplantılar və nümayişlər haqqında” qanununun 11 və 11-ci Prima maddələrinə əsasən, nəqliyyatın hərəkət hissəsinin süni şəkildə bağlanması qadağandır. Həmçinin, nəqliyyatın hərəkətinə qəsdən maneələr yaratmaq qadağandır. Polis əməkdaşlarına və inzibati binalara hücumlar toplaşma və nümayiş hüququ ilə qorunan sahəni təşkil etmir. Buna görə mən bir daha bütün mitinq iştirakçılarını zorakılıq və qanunsuz hərəkətləri dayandırmağa, dinc şəkildə etiraz etməyə çağırıram. Əks halda polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə və aksiyanı dayandırmağa məcbur olacaq", - deyə Daraxvelidze bildirib.

Bizimlə əlaqə saxlayın