02 
May
2024
00:13
290

DİN dinc nümayişçilərə qarşı rezin güllələrdən istifadə edilməsini təkzib edir

Daxili İşlər Nazirliyi dinc nümayişçilərə qarşı rezin güllələrdən istifadə edilməsini təkzib edir

InterPress.ge xəbər verir ki, nazir müavini Aleksandre Daraxvelidze fövqəladə brifinqdə belə deyib:

"Parlament binasına hücumu dəf etmək üçün polis qanunla müəyyən edilmiş xüsusi vasitələrdən - su şırnaqlarından, gözyaşardıcı qazdan və bibər qazından istifadə edir. Daxili İşlər Nazirliyinin əməkdaşları tam hüquqi əsaslarının olmasına baxmayaraq, rezin güllələrdən istifadə etməyiblər”, - Daraxvelidze bildirib.

Nazir müavininin sözlərinə görə, aksiya iştirakçıları parlamentə soxulmağa cəhd ediblər.

Bizimlə əlaqə saxlayın