Kobaxidze ölkədə cərəyan edən proseslərə belə münasibət bildirdi
“NGO”ların və müvafiq KİV-lərin qeyri-şəffaflığından Gürcüstan dövlətinin və cəmiyyətinin maraqlarına kökündən zidd fəaliyyətlər həyata keçirmək üçün istifadə edilir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 3 ildir ki, radikal partiyalar, “NGO” və media qurumları bu ölkəni dincəlməyə qoymayıblar.
"3 ildir ki, radikal partiyalar, “NGO”lar və media qurumları bu ölkəni dincəlməyə qoymayıblar. Bütün bunlara baxmayaraq, 2021-23-cü illərdə Gürcüstanın nominal iqtisadiyyatı dollarla iki dəfə artıb. Halbuki inqilabi səylər olmasaydı, Gürcüstan iqtisadiyyatı ən azı 5 milyard dollar artacaqdı. Bu o deməkdir ki, dövlət büdcəsinə hər il ən azı bir milyard dollar çox vəsait daxil olardı ki, bu da bizə mövcud dövlət proqram və layihələrini xeyli genişləndirməyə imkan verərdi. Nəticə etibarı ilə, “NGO”ların qeyri-şəffaflığı Gürcüstan dövləti üçün nəinki siyasi problemlər yaradır, həm də onun iqtisadiyyatının inkişafı və büdcəsinin artması üçün mühüm maneədir. "NGO”ların və müvafiq KİV-lərin qeyri-şəffaflığından Gürcüstan dövlətinin və cəmiyyətinin maraqlarına kökündən zidd fəaliyyətlər həyata keçirmək üçün istifadə edilir. Bunlar narkotik təbliğatı, LGBT-təbliğatı, pravoslav kilsəsinə daimi hücum, dini məzmunlu siyasi müdaxilə, dövlət institutlarını sarsıtmaq cəhdləri, strateji iqtisadi layihələrin həyata keçirilməsinə maneələr yaratmaq və s.-dir. Radikal müxalifətin bir neçə zorakı hərəkətini indi görmək daha yaxşıdır, nəinki Gürcüstanı radikalizm və qapalı qütbləşmə dairəsində buraxmaq. Buna yol verməmək hökumət olaraq bizə ölkəni idarə etmək mandatı verən seçicilər qarşısında məsuliyyətimizdir. Bundan əlavə, artıq qeyd olunduğu kimi, bu günlərdə radikal siyasi azlıq oktyabrın sonuna kimi istifadə etməli olduğu zorakı resursdan istifadə edir ki, bu da seçkiyə hazırlanan inqilabi ssenarinin qarşısının alınmasını effektiv şəkildə təmin edir”, - baş nazir bildirib.


