29 
Apr
2024
22:52
343

Baş nazir: Gürcüstan mütləq Avropaya doğru ləyaqətlə irəliləyəcək

"Mən fəxr edirəm ki, gürcüyəm, çoxmillətli, ləyaqətli və qürurlu ölkəmizin övladıyam".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ictimai toplantıda çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan şübhəsiz ki, Avropaya doğru ləyaqətlə irəliləyəcək.

“Oktyabrda bizi ən mühüm parlament seçkiləri gözləyir. Bu həm də bir növ “NGO”lar və psevdoliberal təbliğat haqqında qanunlar üzrə referendumdur. Bu gün “Gürcü Arzusu”nu vətəndaşların 60 faizdən çoxu dəstəkləyir. Ona görə də biz əminik ki, “Gürcü Arzusu” növbəti dəfə radikal müxalifəti böyük üstünlüklə məğlub edəcək və ardıcıl doqquzuncu seçki qələbəsini qeyd edəcək. Qələbəmiz Gürcüstanın gələcək tərəqqisi və inkişafı üçün zəruri şərtdir və biz mütləq qalib gələcəyik. Gürcüstan bizim əsas arzumuzun - Gürcüstanın birləşməsinə və bütövlüyünə doğru mütləq irəliləyəcək. Sizi şanlı Pasxa bayramı münasibətilə əvvəlcədən təbrik edirəm, Allah ölkəmizin və hər birinizin qoruyucusu olsun”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər