29 
Apr
2024
22:41
355

Bidzina İvanişvili: “Milli Hərəkat” və onların sahibləri daha xalqı aldada bilmədilər, cəmiyyətin əksəriyyəti “NGO”ların şəffaflığını qətiyyətlə dəstəkləyir

"İndiki Gürcüstan nə Şevardnadzenin Gürcüstanı, nə də Yanukoviçin Ukraynasıdır. Bu gün Gürcüstanı vətənin, müstəqilliyin, suverenliyin qədrini bilən güclü və vahid peşəkarlar komandası idarə edir. Dolayısı ilə indiki Gürcüstanda iqtidarı reytinqi olmayan “Milli Hərəkat”ın və “NGO”ların əli ilə dəyişmək mümkün deyil".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ictimai yığıncaqda çıxışı zamanı deyib.

Lakin onun fikrincə, bu o demək deyil ki, biz sayıqlığımızı itirməli və Gürcüstanın suverenliyinə uzunmüddətli təminat yaratmağın qayğısına qalmamalıyıq. Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunu Gürcüstanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.

Bidzina İvanişvilinin qeyd etdiyinə görə, keçən il qanunun geri çağırılmasının iki əsas obyektiv səbəbi var idi. Birincisi, onlar keçən il uğur qazanıblar və ictimaiyyətin böyük bir hissəsini çaşdıra biliblər. Ona görə də aldadılmış həmvətənlərinin narahatlığını nəzərə almaq hökumətin vəzifəsi olub. İkincisi, ölkəmizin siyasi sabitliyinin qayğısına qalmaq lazım idi, qanun geri çağırılmasaydı, keçən il çətinliklər yarana bilərdi. Onun sözlərinə görə, bu il vəziyyət kökündən fərqlidir.

"Bu gün dövlətin sabitliyinə xələl gətirmədən şəffaflıq haqqında qanunu qəbul etmək və ölkəni irəliyə aparmaq üçün tam imkanlarımız var. Mənim siyasi keçmişim mənə sübut etməyə imkan verir ki, bir siyasi lider kimi bu cür gedişləri yaxşı hesablaya bilirəm”, - Bidzina İvanişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər