25 
Apr
2024
10:52
452

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb

Qrup kommersiya rüşvətxorluğu faktına görə 1 nəfər tutulub, bir nəfər isə ifşa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurumun məlumatıba görə, “Rustavi N1 Poliklinikası”nın direktoru və həmin klinikanın həkimi deportasiyaya məruz qalan Misir vətəndaşının 2000 ABŞ dolları müqabilində səhhəti barədə saxta arayış hazırlayıb.

"İş üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, özəl tibb müəssisəsi olan Rustavi №1 poliklinikasının direktoru İ.N. və həmin poliklinikanın həkimi M.T., istifadə müddəti bitdiyinə görə deportasiya edilməli olan Misir Ərəb Respublikası vətəndaşına 2000 ABŞ dolları müqabilində  səhhətinin vəziyyəti haqqında N100 formada saxta arayış hazırlayıblar. Bu sənədə əsasən həmin şəxsdə müxtəlif qeyri-mövcud xəstəliklər aşkarlanıb ki, bu da müvafiq xidmətlər tərəfindən həmin şəxsi ölkədən qovmağa imkan vermirdi”, - deyə məlumatda bildirilir.

Qrup tərəfindən kommersiya rüşvətxorluğu və qabaqcadan razılaşdırılmış qrup tərəfindən saxta rəsmi sənədlərin hazırlanması faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsinin “A” yarımbəndi və 362-ci maddəsinə əsasən aparılır. Birinci hissə, cəza olaraq 4 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Agentlik bildirir ki, istintaq zamanı təqsirli şəxslərin dairəsi genişlənə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər